Azərbaycan Ordusunda faciə: 3 hərbçi şəhid oldu, 8 əsgər yaralandı
Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlayıb
8 Aprel 2014 10:46 KriminalÖtən gecə 01:00-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi ölüb, 8 əsgər ağır yaralanıb.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.Mina partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev şəhid olub. Ərazidəki 8 əsgər isə ağır yaralanıb.Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31