Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı intihar edib

Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır

Azərbaycan Ordusunun zabiti intihar edib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.  Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.

Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib.

İntiharın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31