Şəmkirdə dəhşətli qəza, 6 nəfər öldü
7 Aprel 2014 15:30 KriminalDaxili İşlər Nazirliyi Şəmkirdəki dəhşətli yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 5-də saat 18.30 radələrində Gəncə şəhərinin ərazisində Şəmkir rayon sakini Vasif Rəcəbovun idarə etdiyi "KamAZ" və Şəmkir rayon sakini Elməddin Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. E.Məmmədov və sərnişinləri, Gəncə şəhər sakinləri Taleh Leqmanzadə, İlham Əsgərov, Elxan Seyidov, Şəmkir rayon sakinləri Seymur Hüseynov və Həsən Osmanov hadisə yerində ölüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31