Ağstafada dəhşətli qəza, 2 nəfər öldü

 Ağstafada ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, aprelin 6-da saat 05 radələrində Ağstafa rayonu Poylu kəndinin ərazisində Ağdam rayon sakini Anar Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobili körpüdən dəmir yolu xəttinin üzərinə aşırıb. A.Məmmədovun sərnişinlərindən Ağstafa rayon sakinləri Vüsalə Əliyeva, Vasif Əliyev hadisə yerində ölüb, özü və digər sərnişini Vüsal Şuşanov xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31