DİN taxta bazarındakı yanğınla bağlı məlumat yaydı, 8 nəfər zəhərlənib

 Daxili İşlər Nazirliyi Bakıda taxta bazarının yanması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məliumata görə, aprelin 6-da saat 07 radələrində Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən taxta bazarında Abşeron rayon sakini Rəhman Məcidova məxsus 1200 kvm. sahədə naməlum səbəbdən yanğın baş verib. Nəticədə 10000 kub taxta yanıb, 8 nəfər tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31