Şəmkirdə silahlı narkotika alverçiləri yaxalandı

 Azərbaycanda silahlı narkomafiyanın əməkdaşları yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus İsmayılovdan 6,5 qram,  narkotik vasitəni ona satmış Mübariz Mehdixanovdan isə 12 qram marixuana götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə M.Mehdixanova narkotik vasitəni satmış Çinarlı qəsəbə sakini Dilqəm Əsgərov da  tutulmuşdur. Onun evinə baxış zamanı müvafiq sənədləri olan "Vinçester" markalı tüfəng, 1 kiloqram 521 qram marixuana, habelə həyətyanı sahəsindən 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31