Avtobusda tiryək aşkarlanıb
7 Aprel 2014 15:14 KriminalXaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postundan keçməklə Rusiya Federasiyası istiqamətinə - "Qazax-Moskva" reysi ilə hərəkət edən Azərbaycan vətəndaşı Rüstəm Məhərrəmovun idarə etdiyi "VANHOOL" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu zaman, xidməti itin reaksiyasına əsasən, avtobus salonundakı oturacağın arxa hissəsindəki çexolun altında qalan külqabıdan 1 ədəd bağlamada xalis çəkisi 49,805 qram olan və kustar üsulla hazırlanan narkotik vasitə - tiryək aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31