Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər var
4 Aprel 2014 19:08 KriminalAğdaş rayonunda bir neçə nəfərin ölməsi və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib. Yaralıların da olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31