DİN azyaşlı qızlarım istismarına qarşı mübarizəyə başlayacaq
4 Aprel 2014 15:59 KriminalAzərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanılacaq. Bu barədə daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov məlumat verib. O etiraf edib ki, ola bilsin, bu məsələ onlar tərəfindən o qədər ciddi nəzarətdə olmayıb: "Bu barədə Elmira xanımın dediyi kimi problemlərin olması ilə razılaşırıq. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq". Qeyd edək ki, Milli Məclisin aprelin 4-də keçirilən iclasında deputat Elmira Axundova sözügedən problemlə bağlı məsələ qaldırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31