Hacıqabul sakininin əlində partlayıcı partladı

Hacıqabulda partlayış hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 3-də Quba rayon sakini Sahil Ağayev Hacıqabul rayonu "Muşovdağ" adlandırılan ərazidən tapdığı patronla ehtiyatsız davrandığından partlayış baş verib. S.Ağayev əlindən və ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31