DİN Hacıqabulda qatardakı yanğınla bağlı məlumat yaydı

 Daxili İşlər Nazirliyi Hacıqabulda dəmir yolu qatarındakı yanğınla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 3-də saat 04 radələrində Hacıqabul Dəmiryolu Stansiyasının ərazisində Gürcüstandan Türkmənistana gedən yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib. Nəticədə vaqonların və içərisində olan yükün yanar konstruksiyaları yanmış, yanğın saat 07 radələrində söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31