Salyanda güllələnmə
4 Aprel 2014 15:18 KriminalAzərbaycanda daha bir güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 3-də Salyan rayonunun Dağüstü kəndi ərazisində Lənkəran rayon sakini Fazil Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Həsənli kənd sakini Səfa Cəfərova ayaq nahiyəsindən xəsarət yetirib. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Məmmədov tutulub, ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31