Bakıda mənzildən külli miqdarda pul oğurlayan silahlı dəstə yaxalandı
4 Aprel 2014 15:15 KriminalBakıda qadının evindən külli miqdarda pul oğurlayan dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Elmira Məmmədovanın 16000 manatının quldurluq yolu ilə alınmasında iştirak etmiş İbrahim Miriyev Hövsan qəsəbəsindəki evlərdən birində tutulub.
İ.Miriyevlə birgə yaşayan Emil Hüseynov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Ağayev şübhə doğurduqlarından onlar da saxlanılıblar. Mənzilə baxış zamanı 4 ədəd maska, 1 ədəd kəlbətin, 3 cüt əlcək və digər əşyalar aşkar edilərək götürülüb. E.Hüseynovdan 6,75 qram həşiş, R.Ağayevin qeydiyyatda olduğu mənzilə baxış zamanı isə 1 ədəd "Naqan" tipli tapança və 1 ədəd patron götürülüb.