Binəqədidə məktəblinin qətlilə əlaqədar 5 nəfər tutuldu

 Binəqədidə məktəblini qətlə yetirməsi ilə əlaqədar 5 nəfər saxlanılıb. Bu barədə Daxiuli İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində Mobil Abdullayevin qətlə yetirilməsi ilə əlaqədar Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev və Biləcəri qəsəbə sakinləri Fuad Heydərov, Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Abbas Abbaslı və Samir Məmmədov arasında münaqisə baş verməsi, bu zaman S.Məmmədovun ona ayaq nahiyəsindən bıçaqla xəsarətlər yetirməsi müəyyən edilib və onlar tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31