ABU-nun saxta diplomunu satan dələduz ələ keçdi
4 Aprel 2014 15:05 KriminalBakıda daha bir diplom alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov Azərbaycan Beynəlxalq Universitetinə məxsus saxta diplomu 10.000 ABŞ dollarına satarkən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31