Xətaidə köşk yanıb

Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının qarşısında ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyadan ibarət köşkdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində köşkün taxta üzlüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31