Yevlaxda 4 otaqlı ev yanıb

Yevlax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı mənzilin mətbəxi, çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və binaya bitişik saxlanılmış vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Binanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31