İrandan narkotik keçirmək cəhdinin qarşısı alınıb
3 Aprel 2014 18:50 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Gürcüstan vətəndaşı Bafalı Hüseynov gömrük nəzarətindən keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı ona məxsus salafan paketdə, cəmi 6 ədəd bükümdə, ümumi xalis çəkisi 47,763 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə xalis çəkisi 36,094 qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə isə xalis çəkisi 14,980 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31