21 yaşlı oğlan bıçaqlanıb

Ötən gün saat 23:00 radələrində Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. kəpəz TV-nin verdiyi məlumata görə, Fərhad Əliyev küçəsi 1-ci döngə, 6/12-də qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov bir bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub. 21 yaşlı gəncin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31