Bakıda Pakistan vətəndaşı qarət edildi

Bakıda əcnəbi vətəndaş qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 2-də Xətai rayonu M.Hadi küçəsində naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31