Qadın alverçisi ələ keçdi
3 Aprel 2014 14:17 KriminalAzərbaycanda daha iki qadın alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakini Sevinc Vəliyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə, Ağdam şəhər sakini Qafur Bağırovun qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31