Sabunçuda orta məktəb qarət edildi

Sabunçu rayonunda orta məktəb qarət edilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 2-nə keçən gecə, Ramana qəsəbəsi Şuşa şəhərciyi Malıbəyli kəndi 1 nömrəli orta məktəbdən, pəncərənin şüşəsini sındırmaqla 5 ədəd monitor və 13 ədəd prosessor oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəhim Tanrıverdiyev və Pərvin Çərkəzov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31