“Prado” 3 piyadanı vurdu, ölən var

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, aprelin 2-i saat 21 radələrində, Xəzər rayonu Bakı-Mərdəkan yolunda Bakı şəhər sakinləri 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurmuşdur. Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olmuş, T.Zərbalıyeva xəstəxanada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31