Bakıda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirildi
3 Aprel 2014 13:22 KriminalBakıda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 1-də əvvəllər məhkum olunmuş - Abşeron rayon sakini Sakit Ağayev və İmişli rayon sakini Əsgər Mirzəyev Bakı şəhər sakini Azər Dadaşova məxsus, Binəqədi qəsəbəsi yeni yaşayış massivində yerləşən ehtiyat hissələri mağazasının qarşısına yığılmış təkərləri oğurlamağa cəhd etdiklərinə görə, Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulublar. Müəyyən edilib ki, onlar fevralın 5-nə keçən gecə, Stroydetal küçəsində yaşayan Ömər Kərimlinin evindən, pəncərədən keçmək yolu ilə kombi və drel, fevralın 19-na keçən gecə, Bakı şəhər sakini Elmar Məmmədhəsənova məxsus Baksol yaşayış massivində yerləşən evindən, pəncərədən keçmək yolu ilə 19 ədəd istilik radiatoru oğurlayıb.