Dəniz Vağzalında bomba həyəcanı
3 Aprel 2014 12:29 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müvafiq qüvvələr axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparılıb. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31