Azərbaycana yük qatarında yanğının səbəbi məlum oldu

Hələlik yanğın nəticəsində xəsarət alan barədə məlumat verilmir

Bu gün səhərə yaxın Ələt istiqamətində yanan yük qatarı atrıq söndürülüb. Yanan vaqonlar ərazidən yığışdırılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, yük qatarı Gürcüstandan Qırğızıstana soyuducu aparırmış. Yanğın nəticəsində vaqonlardakı soyuducular yanıb. "Hazırda yüklərin hansı şirkətə məxsus olması və nə qədər ziyan dəyməsi araşdırılır. Yanan yüklərin yəqin ki, sığortası da var. Bütün bu məsələlər araşdırılır. Yanğından qorunan yüklər də yığılıb. İndi mallar ünvana göndəriləcək. Hazırda yol da açılıb. Qatarların hərəkətində heç bir problem yoxdur", - deyə Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, yanğının baş vermə səbəbləri aydınlaşıb. Məlum olub ki, hadisəyə külək səbəb olub.
"Güclü külək vaqonların damını dağıdıb. Nəticədə dəmir elektrik xətlərinə dəyib. Nəticədə qısaqapanma baş verib. Bununla da yanğın olub. Şükür ki, yanğının qarşısı vaxtında alınıb", - deyə Nadir Əzməmmədov bildirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31