Azərbaycanda dəmir yolunda yanğın baş verib
3 Aprel 2014 11:26 KriminalBakı-Qazax yolunda, Hacıqabul rayonu və Ələt qəsəbəsi arasında dəmir yolunda yanğın baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın səhər saat 5 radələrində soyuducularla yüklənmiş vaqonlarda yaranıb. Hadisə yerinə gələn yanğınsöndürənlər saat 9 radələrində alovun qarşısını alıblar. 4 vaqonun, yüzdən çox soyuducunun yandığı bildirilir. Yanmış vaqonlar ərazidən aparılıb. Dəmir yolu xəttində müvəqqəti olaraq qatarların hərəkəti dayandırılıb. Hazırda yolun bərpası aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31