Bakıda qadınları aldadaraq Türkiyə və Rusiyaya aparan şəxs tutulub

Polis həmcinslərini fahişəliyə məcbur edən qadını ifşa edə bilib

Bakıda qadınları aldadaraq Rusiya və Türkiyəyə aparan, orada onları fahişəliyə məcbur edən şəxsi polis yaxalayıb. Dəfələrlə polisə qadınları işləmək adı altında aldadaraq yoldan çıxarılması və onların fahişəliyə cəlb edilməsi barədə məlumatlar daxil olub.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları daxil olan məlumata əsasən əməliyyat keçirib. Əməliyyat nəticəsində İmişli rayon sakini Adilə Bağırovanın gəlir əldə etmək məqsədi ilə qadınları Rusiya Federasiyasına və Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyması faktı müəyyən edilib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31