Pirallahıda yaşayış binasında yanğın baş verib
2 Aprel 2014 16:04 KriminalBakı şəhəri, Pirallahı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məkumata görə, nəticədə evin hamam otağının arakəsmə divarı 1 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31