1 milyon manat yandı...
Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib
31 İyul 2012 10:54 KriminalMilli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, Mingəçevirdə dəhşətli yanğın baş verib. Hadisə Xocalı küçəsindəki topdansatış mərkəzlərindən birində baş verib. Təqribən 500 kv. metrlik mərkəz malları ilə birlikdə yanaraq külə dönüb.Gecə saat 12 radələrində başlayan yanğını səhər saat 4-də söndürmək mümkün olub. Yanğın az müddət ərazidə digər mağazalara da keçib. FHN-in Mingəçevirdəki Dövlət Yanğından Mühafizə Xidmətinin bütün texnika və canlı qüvvələri əraziyə cəlb olunsa da, alovlu ram etmək mümkün olmayıb. Ərazidə 3-cü dərəcəli yanğın elan olunub. Hadisə yerinə ətraf rayonlardan da yanğınsöndürən avtomobillər cəlb olunub. Güclü yanğın Nargilə Həsənovaya məxsus 3-mərtəbəli fərdi yaşayış evinə də keçib. Nəticədə binanın 3-cü mərtəbəsi tamamilə yanıb.