DİN Kürdəmirdəki yanğınla bağlı məlumat yaydı
2 Aprel 2014 14:44 KriminalDaxili İşlər Nazirliyi Kürdəmirdə baş vermiş dəhşətli yanğınla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, aprelin 1-də saat 17 radələrində Kürdəmir rayonu Sığırlı kənd sakini İslam Quliyevə məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, İ.Quliyevin azyaşlı oğlu Kənan aldığı yanıq xəsarətindən ölüb, özü və qardaşı Rəhman isə xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31