Ev oğruları yaxalandı
2 Aprel 2014 13:18 KriminalFevralın 17-dən 26-dək olan müddətdə Biləcəri qəsəbəsində Cavanşir Mayılovun evindən, plastik pəncərəni açmaq yolu ilə fotoaparat və 2 ədəd qol saatı oğurlanmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev fevralın 26-da yaхalanıblar. Müəyyən edilmişdir ki, onlar fevralın 1-nə keçən gecə Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan İzzət Məmmədovanın evindən qızıl-zinət əşyaları, bijuteriya, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon, fevralın 7-də Binəqədi yolunda Teymur İbrahimovun evindən 5 min manat, fotoaparat, 3 ədəd mobil telefon, fevralın 12-də M.Abdin küçəsində yaşayan Azər Zeynalovun evindən 2600 manat və qızıl boyunbağı oğurlanmışlar.
Cinayətin digər iştirakçı olan Bakı şəhər sakini Azər Həşimi isə aprelin 1-də yaхalanıb.
**
Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Biləsuvar rayon sakini Səidə Qasımovadan 44 qrama yaхın heroin və 74 qramdan artıq tiryək götürülmüşdür. Təхirəsalınmaz əməliyyat tədbirləri zamanı, onun Biləsuvar rayonundakı evinin həyatyanı sanitar qovşağından əlavə olaraq 36 qramdan artıq heroin və 67 qramdan artıq tiryək aşkar edilib. OLAYLAR