Məhbusun cibində telefon aşkar edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1; 150.2.5 və 62 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nemət Elxan oğlu Həsənovun yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Türkan Mais oğlu Həsənzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı əynindəki şalvarın cibindən daxilində "Sim" danışıq katrı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və sovqatın içərisində olan gödəkçənin cibində gizlədilmiş mobil telefona məxsus elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31