“Shokki-mokki”dən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Telman Quflan oğlu Bayramova vətəndaş Gülmira Bahadur qızı Məmmədovanın göndərdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Shokki-mokki" adlı şokoladlı yağ qutusunun içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31