Məhbusa balıq konservasında tiryək keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 206.2 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Tosif Yusif oğlu Mirzəyevə vətəndaş Elnarə Etibar qızı Şirinovanın göndərdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "KAİJA" adlı balıq konservasının içərisindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq, xalis çəkisi 2,98 qram olan narkotik maddə qurudulmuş "marixuana", xalis çəkisi 22,778 qram olan narkotik maddə "Tiryək" və xalis çəkisi 0,533 qram olan narkotik maddə "Heroin" aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31