Bakıda mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlanıb
1 Aprel 2014 16:25 KriminalBakıda "Topaz" mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş Elxan İskəndərova məxsus "Topaz" mərc oyunları məntəqəsindən qapının qıfılının sındırılması yolu ilə 3700 manat pul oğurlanıb. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Çingiz İmanov adlı şəxs olduğu müəyyən edilərək yaxalanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31