Sumqayıtda intihara cəhd hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 31-də Sumqayıt şəhəri 1-ci mikrorayonun ərazisində Ağcabədi rayon sakini Sənubər Əhmədova intihar məqsədilə özünü dənizə atıb. S.Əhmədova Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31