“Azpetrol” qarət edildi

Qazax rayonunda yanacaqdoldurma məntəqəsi qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 30-da Qazax şəhərinin ərazisində yerləşən "Azpetrol LTD" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə "Volkswagen" markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manat pulunu alıb. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qeyd edilən avtomobilin sürücüsü, Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31