Əcnəbilər Bakıda qadını küçədə qarət etdilər

 Bakıda Gürcüstan vətəndaşları qadını qarət edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYILAR"ın nazirliyin saytına iastinadən yaydığı məlumata görə, martın 31-də paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natella Rəhimovaya zor tətbiq edərək 95 manatını alıb. 

Çevik Polis Alayı və Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Gürcüstan vətəndaşları Paata Kakutia və Yaşa Kakutia tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31