Oğuzda inzibati bina yanıb

Oğuz rayonu, Calut kəndində hal-hazırda faəliyyət göstərmiyən ümumi sahəsi 305 kv.m olan birmərtəbəli inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə binanın 3 otağınınn tavanı 110 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 124 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31