Gülər Əhmədova məhkəməyə hazırlaşır

Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb

 Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Apellyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edildiyini deyib. Onun sözlərinə görə, Ali Məhkəmə işlə əlaqədar olaraq Apellyasiya Məhkəməsinə müraciət göndərəcək: "Məhkəmə kassasiya şikayətini qismən təmin edib".Daha sonra Əfsər Talıbov Gülər Əhmədovanın məhkəməyə hazırlaşdığını da sözlərinə əlava edib.Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı Əfsər Talıbov bir neçə vəsatət qaldırıb. Amma vəsatətlər təmin edilməyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31