Füzulidə yardımçı tikili yanıb

 Füzuli rayonu, Bala Bəhmənli kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 44 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31