Bərdə rayonunda vətəndaşa məxsus hamamda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 18 kv.m olan hamamın taxta üzlüyü 6 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikilmiş ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31