Abşeronda dəhşətli qəza, ölən və yaralananlar var
1 Aprel 2014 12:10 KriminalMasazır qəsəbəsində ağır yol qəzası baş verib. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə aprelin 1-də səhər saat 08.30 radələrində baş verib. Masazır qəsəbəsində "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü həlak olub, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. "Hundai" markalı avtomobildəkilərdən iki nəfər isə xədsarət alıb. Hadisə yerində Abşeron rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Hələlik qəzaya səbəb yüksək sürət göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31