Bakıda qadın davası: ölən var

Bakıda dəhşətli qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə martın 29-da Rəsulzadə qəsəbəsində Sevinc Hüseynova tanışı Yasəmən Salıyevanı kapron corabla boğaraq öldürüb. S.Musayeva könüllü şəkildə polisə təslim olub. Bildirilir ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. S.Musayevanın tanışı Yasəmən Salıyeva ilə mübahisəsi zamanı ikinci onun bir müddət əvvəl dünyasını dəyişmiş bacısını təhqir edib. Bundan sonra qadınlar arasında dava olub və S.Musayeva tanışını corabla boğaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31