Bakıda köhnə zavod binasında lift qırılıb, xəsarət alanlar var
31 Mart 2014 18:34 KriminalBakıda köhnə zavod binasında qəza baş verib. Bakı şəhər Təcili Tibbi yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində liftdə olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31