Zaqatalada narkotacir tutuldu
Ondan ağır narkotik vasitə hesab edilən heroin götürülüb
31 Mart 2014 18:04 KriminalZaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan 1976-cı il təvəllüdlü Oktay Xəlil oğlu Lebeyev saxlanılıb. Polis Oqtay Lebeyevi saxlarkən onun üzərindən narkotik vasitə aşkarlanıb. Şahidlərin iştirakı ilə Oqtay Lebeyevin üzərində aparılan axtarış zamanı bir qram ağır narkotik vasitə hesab olunan heroin və narkotik vasitələrin istifadəsi üçün lazım olan vəsait aşkarlanaraq götürülüb. Oqtay Lebeyev polis əməkdaşları tərəfindən həbs edilib
Qeyd edək ki, Oqtay Lebeyevin əvvəllər də 2 dəfə məhkumluq həyatı yaşadığı bildirilir.
Fakla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31