Bakıda intihara cəhd hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 30-da Binəqədi rayon sakini, ruhi xəstə Sabir Abbasov Ə.Ağayev küçəsində yaşadığı evin (9 mərtəbəli evin 7-ci mərtəbəsi) eyvanından özünü atıb. O, xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31