DİN Gəncə sakininin arvadını qətlə yetirməsi barədə məlumat yaydı

Qısqanclıq zəminində arvadını qətlə yetirmiş Gəncə şəhər sakini könüllü olaraq təslim olub

Azərbaycanda kişi həyat yoldaşını qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 30-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Bayramov Gülüstan qəsəbəsindəki evində qısqançlıq zəminində arvadı Gülnarə Teyyub qızını bıçaqla qətlə yetirib. Natiq Bayramov könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31