Bakıda bir neçə obyektləri qarət edən şəxs yaxalanıb

Azərbaycanda obyektləri qarət edən şəxs yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda deyilir ki, martın 29-da Bakı şəhər sakini Seymur Quliyevə məхsus, D.Əliyeva küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə pul və 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi RPİ PPXB, 22-ci PB və 19-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov tutulub. Müəyyən olub ki, o martın 24-də Suzanna Abdullayevaya məхsus, A.Məhərrəmov küçəsində yerləşən gözəllik salonundan, açar seçmə yolu ilə 100 manat, martın 28-nə keçən gecə Rübail Rüstəmova məхsus H.B.Əliyev küçəsində yerləşən mağazadan, nəfəsliyin dəmir barmaqlığını sındırmaq yolu ilə 800 manat oğurlayıb, Gülyaz Həsənovaya məхsus Kazımovski  küçəsində yerləşən aptekdən, nəfəslikdən keçmək  yolu ilə oğurluğa cəhd edib. Martın 29-da Elşad Salahova məхsus M.Cəfərov küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 70 manat qarət edib.

BPİ DYPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, martın 29-da Babək prospektində Bakı şəhər sakini Hikmət Sadıqovun idarə etdiyi "BMW" markalı avtomobildən 2 ədəd pnevmatik tapança və 7 ədəd 9 mm patron aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31